İranda son sutkada koronavirusdan 232 nəfər vəfat edib

İranda son sutkada koronavirusdan 232 nəfər vəfat edib
  • Clock-gray 14:52
  • calendar-gray 15 Dekabr 2020

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 232 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 52 670 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 7 704 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 123 474 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 833 276 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 5704 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Süleyman Fərzəliyev

Digər xəbərlər