İranın Gülüstan əyalətində torpaq sürüşməsi qeydə alınıb.
APA-nın Tehran bürosunun məlumatına görə, torpaq sürüşməsi əyalətin Məravətəpə bölgəsinin Ağ İmam kəndində baş verib. Belə ki, yerli vaxtla 13:15-də baş vermiş torpaq sürüşməsi nəticəsində 25 evə ziyan dəyib.
100 nəfər bölgədəki məktəb və sığınacaqlara yerləşdirilib. Onlara isti yemək paylanılıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.