İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
# 11 dekabr 2020 23:50 (UTC +04:00)

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın yerli bürosu bildirib ki, bu barədə Anadolu Xəbər Agentliyi məlumat yayıb.

Türkiyə XİN-ə çağırılan səfir Ferazmendə bildirilib ki, İranın Xarici İşlər naziri Cavad Zərifin “Twitter” hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına yazdığı ittihamlar əsassız olduğu üçün tamamilə rədd edilir: “İranla Türkiyə arasında hər hansı bir mövzuda anlaşılmazlıq yaranarsa, bunu bildirəcək başqa vasitələr olacağı halda Twitter vasitəsilə açıqlanması da qəbuledilməzdir. Bu cür davranış həm də İran və Türkiyə arasındakı əlaqələri pozmaq istəyənlərə fürsət vermək deməkdir”.

Bundan başqa Türkiyənin Tehrandakı səfiri Derya Örsün İran XİN-ə çağırılması bu ölkəyə və Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı haqsız iddialar irəli sürülməsilə İranda Türkiyəyə qarşı nifrət yaradılması da sərt şəkildə qınanıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeirə İran XİN-də siyasi xarakter verilib, Türkiyənin Tehrandakı səfiri XİN-ə çağırılaraq bu barədə izahat tələb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR