İranın Körfəz sahilində gəmi əleyhinə yeraltı raket bazasının açılışı olub

İranın Körfəz sahilində gəmi əleyhinə yeraltı raket bazasının açılışı olub
  • Clock-gray 16:17
  • calendar-gray 08 Yanvar 2021

İranda gəmi əleyhinə yeraltı raket bazasının açılışı olub.

APA-nın Tehran bürosunun xəbərinə görə, gəmi əleyhinə yeraltı raket bazası Körfəz sahilində yerləşir.

Açılış mərasimində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami də iştirak edib. O, bazada yerləşdirilən sistemləri ziyarət edib.

Hüseyn Səlami bildirib ki, bu raketlər yüzlərlə kilometr məsafəyə qədər hərəkət edə bilir, dəqiq və çox yüksək dağıdıcı gücə malikdir, eyni zamanda, düşmənin elektron müharibə avadanlığını dağıda bilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər