İranın “Zəfər” peyki uğursuz uçuş edərək orbitə daxil ola bilməyib

İranın “Zəfər” peyki uğursuz uçuş edərək orbitə daxil ola bilməyib
# 10 fevral 2020 07:14 (UTC +04:00)

İran İslam Respublikası bazar günü öz istehsalı olan “Zəfər” peykini kosmosa buraxıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, uçuş uğursuz alınıb.

İran Dövlət televiziyası ölənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, peyk orbitə daxil ola bilməyib: “Simurq” raket daşıyıcısı ilə kosmosa istiqamət götürən “Zəfər” peyki orbitə çatmaq üçün lazımi sürəti yığa bilməyib”.

Qeyd edək ki, bazar ertəsi günü İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahromi “Zəfər” peykinin fevralın 7-də orbitə buraxılacağını demişdi. Lakin sonradan raketin uçuşu təxirə salınaraq fevralın 9-na keçirilib.

“Zəfər”in 530 km yüksəkliyə qaldırılacağı güman edilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR