İraqda koalisiya qüvvələrinin aviazərbələri zamanı İŞİD lideri öldürülüb

İraqda koalisiya qüvvələrinin aviazərbələri zamanı İŞİD lideri öldürülüb
# 30 yanvar 2021 06:07 (UTC +04:00)

İŞİD terror qruplaşmasının liderlərindən biri İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumu nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Əbu Yasir kimi tanınan Cabbar Salman Əli Fərhan əl-İssavi Kərkük şəhəri yaxınlığında məhv edilib. Aviazərbə zamanı daha 9 İŞİD yaraqlısı da öldürülüb. Əməliyyatda İraq təhlükəsizlik xidməti iştirak edib. Havadan hücumu isə ABŞ ordusu həyata keçirib.

Məlumata görə, əl-İssavi İraqda İŞİD silahlılarının fəaliyyətinə rəhbərlik edib və qruplaşmanın ölkədəki təsir gücünü bərpa etməyə çalışırmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR