İzmirdə daha bir zəlzələ olub - YENİLƏNİB

İzmirdə daha bir zəlzələ olub - YENİLƏNİB
# 01 fevral 2021 12:55 (UTC +04:00)

Türkiyənin İzmir şəhərində daha bir zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 11:35-də 5.1 bal gücündə zəlzələ baş verib.

***

saat 11:13

Türkiyənin İzmir şəhərində ard-arda iki zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 08:46-da 5.1 bal gücündə zəlzələ baş verib.

Bir dəqiqə sonra isə 4.8 bal gücündə zəlzələ qeydə alınıb.

Dağıntı və itki barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR