Liviya hökumət qüvvələri Xəlifə Haftar ordusunun döyüş təyyarəsini vurduğunu açıqlayıb

Liviya hökumət qüvvələri Xəlifə Haftar ordusunun döyüş təyyarəsini vurduğunu açıqlayıb
  • Clock-gray 07:24
  • calendar-gray 08 Dekabr 2019

Liviya Milli Barışıq Hökumətinin Baş Nazir Faiz Saraj şənbə günü marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusuna məxsus döyüş təyyarəsini vurduqlarını iddia edib. 

APA-nın "Əl Cəzirə"yə istinadən verdiyi məlumata görə, Baş nazir qeyd edib ki. “MiG-23” tipli qırıcı Tripolidən 10 km cənubda, Qasr Ben-Gaşir bölgəsindəki Yarmouk hərbi bazası yaxınlığında vurulub. 

Lakin Faiz Saraj pilotun taleyi barədə məlumat verməyib. 

Qeyd edək ki, hazırda Liviyada paralel olaraq iki hökumət mövcuddur: beynəlxalq səviyyədə tanınan Saraj kabineti və ölkənin şərqində seçilmiş parlamentlə birlikdə fəaliyyət göstərən və Haftar qüvvələri tərəfindən dəstəklənən Abdullah Əbdürrəhman at-Taninin müvəqqəti kabineti.

 

Rəşad Sarıyev

Digər xəbərlər