Misirdə yol qəzasında 12 nəfər ölüb, 6 nəfər yaralanıb

Misirdə yol qəzasında 12 nəfər ölüb, 6 nəfər yaralanıb
# 28 dekabr 2020 02:16 (UTC +04:00)

Misirdə mikroavtobusla yük maşınının toqquşması nəticəsində azı 12 nəfər ölüb, 6 nəfər yaralanıb.

APA “Ahl Masr” xəbər portalına istinadən xəbər verir ki, hadisə Asuan əyalətində baş verib.

Əyalətin valisi Əşrəf Attiyyə bildirib ki, yol qəzası Qahirə istiqamətindəki magistralda qeydə alınıb.

Qəzanın başvermə səbəbi barədə açıqlama verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR