Tehranda kamikadze həbs olunub

Tehranda kamikadze həbs olunub
# 24 fevral 2021 10:35 (UTC +04:00)

Tehranda kamikadze həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran polis rəisi Sərdar Hüseyin Rəhimi deyib.

O bildirib ki, kamikadzenin üzərində partlayıcı maddələr bağlanmış jilet və odlu silah olub:

“Təhlükəsizlik qüvvələri təxribatçını saxlayarkən o, polisləri bombanı partlatmaqla hədələyib. Təhlükəsizlik qüvvələri həmin şəxsi zərərsizləşdirə və həbs edə bilib.”

Saxlanılan şəxsin kimliyi və harada partlayış törətmək istədiyi haqqında əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR