Türkiyə Prezidenti: “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”

Türkiyə Prezidenti: “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir”
  • Clock-gray 13:26
  • calendar-gray 19 Fevral 2020

“Artıq son xəbərdarlığımızı edirik. İdliblə bağlı İstər Türkiyədə, istərsə də Rusiyada aparılan danışıqlarla bağlı təəssüf ki, arzuladığımız nəticəni əldə edə bilməmişik”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

“Türkiyə İdliblə bağlı bütün hazırlıqlarını görüb. İdlib hərəkatı an məsələsidir. Nəyin bahasına olur olsun İdlibi həm Türkiyə, həm də regionda yaşayan xalq üçün təhlükəsiz bir yerə çevirməkdə qətiyyətliyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date