Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub
# 19 mart 2021 01:06 (UTC +04:00)

Türkiyənin Kilis vilayəti Suriya ərazisindən atəşə tutulub.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Suriyadan atıldığı müəyyən edilən raketlər Kilisdə boş əraziyə düşüb. Hadisə zamanı yaralanan vətəndaşımız olmayıb, dağıntı və ziyan meydana gəlməyib”, - deyə nazirliyin “Twitter” səhifəsində yayımlanan açıqlamada bildirilir.

Qeyd olunub ki, Türkiyə Ordusu qarşı tərəfdəki hədəflər dərhal atəşə tutulub. Hadisələrin inkişafı nəzarətdə saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR