Türkiyə və İran səhiyyə nazirlərinin koronavirusla bağlı telefon danışığı olub

Türkiyə və İran səhiyyə nazirlərinin koronavirusla bağlı telefon danışığı olub
# 22 fevral 2020 01:08 (UTC +04:00)

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın İranın Səhiyyə naziri Səid Nemeki ilə telefon danışığı olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazirlər koronavirusdan İranda dünyasını dəyişənlərlə bağlı, eləcə də təhlükənin qarşısının alınması ilə bağlı müzakirələr aparıblar.

Fəxrədiin Qoca “twitter” səhifəsində təhlükəli virusla mübarizə ilə əlaqədar qonşu İran dövlətinə yardım etməyə hazır olduqlarını yazıb.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 4-ə çatıb. İran Səhiyyə nazirinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Kiyanuş Cihanpur sosial media hesabında yazıb ki, Qumda 7, Tehranda 4 və Gilanda 2 nəfər olmaqla daha 13 nəfərdə koronavirus müəyyən edilib.

Cinin Uhan şəhərindən yayılan təhlükəli virusdan dünya üzrə 2 min 238-i Çində olmaqla ümumilikdə 2 min 247 nəfər ölüb. Virusa yoluxanların sayı isə 76 min 700-ü keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR