Türkiyədə 5,7 maqnitudalı zəlzələ olub, 7 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə 5,7 maqnitudalı zəlzələ olub, 7 nəfər yaralanıb - YENİLƏNİB
# 14 iyun 2020 19:37 (UTC +04:00)

Türkiyədə zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını bildirib.

Bingöl valisi isə deyib ki, Dinarbey və Elmali kəndlərində 10 ev çöküb, 4 nəfər dağıntı altından çıxarılıb.

***

saat 18.48

Türkiyədə güclü zəlzələ olub.

APA-nın Türkiyə bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 17.24 radələrində Bingölün Karlıova qəsəbəsində 5,7 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR