Türkiyədə bu gün koronavirusdan 16 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 16 nəfər ölüb
# 30 iyun 2020 21:26 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 16 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 50492 şübhəli şəxs koronavirus testindən keçib, onlardan 1293-nün cavabı pozitiv çıxıb. Bu gün daha 1302 xəstə sağalıb.

Türkiyədə indiyədək 199 906 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5131 nəfər ölüb, 173 111 nəfər isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR