Türkiyədə daxili aviareyslər bərpa olunub

Türkiyədə daxili aviareyslər bərpa olunub
# 01 iyun 2020 12:19 (UTC +04:00)

“Sərnişinlərimiz əmin ola bilər ki, səfər ərəfəsində onların təhlükəsizliklərinin təminatı üçün tədbirlər görülüb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu deyib.

O bildirib ki, Türk Hava Yolları (THY) yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar uçuşlarını dayandırdıqdan sonra bu gün ilk dəfə İstanbuldan Ankaraya aviareys təşkil edilib.

A.Karaismayıloğlu 6 hava limanına “Pandemiya tədbirləri və sertifikatlaşdırma” sənədi verildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR