Türkiyədə mebel fabrikində partlayış olub, ölən və yaralananlar var

Türkiyədə mebel fabrikində partlayış olub, ölən və yaralananlar var
# 20 fevral 2021 17:04 (UTC +04:00)

Türkiyənin Bursa vilayətində mebel fabrikində partlayış olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bursanın İnegöl rayonunda qeydə alınıb.

Fabrikdə buxar qazanı partlayıb, daha sonra isə yanğın baş verib. Nəticədə bir nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR