Türkiyədə təhlükəli eniş edən təyyarədə Azərbaycan vətəndaşı da olub

Türkiyədə təhlükəli eniş edən təyyarədə Azərbaycan vətəndaşı da olub
# 05 fevral 2020 22:06 (UTC +04:00)

İstanbul Sabiha Gökçen Hava limanına sərt eniş edərək 3 hissəyə parçalanan "Boeing 737-800" tipi sərnişin təyyarəsinin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə NTV televiziyası məlumat yayıb.

Bildirlib ki, təyyarədəki 171 sərnişinin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

Qeyd edək ki, bu gün İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxaraq yolun kənarına yuvarlanıb.

Üç hissəyə bölünən təyyarədə 171 sərnişin, 6 ekipaj üzvü olub, 21 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR