Bank Of Baku

Antonio Tayani: Azərbaycan və Ermənistan arasında əldə olunan sülh inkişafa gətirib çıxarır

İtaliyanın xarici işlər naziri Antonio Tayani

© APA | İtaliyanın xarici işlər naziri Antonio Tayani

# 23 noyabr 2026 14:19 (UTC +04:00)

İranda və Ukraynada sülhün bərpasına çalışmalıyıq.

APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“Azərbaycan və Ermənistan arasında əldə olunan sülh də inkişafa gətirib çıxarır. Ərazilərin minalardan təmizlənməsi ilə bağlı da maliyyə investisiyaları qoymuşuq. Mülki şəxslərin təhlükəsizliyini təmin etmək bizim üçün mühümdür və bununla bağlı daim Azərbaycanın yanındayıq. İtaliya bu sahədə malik oldumu təcrübələri Azərbaycanla bölüşməyə hazırdır”, - o qeyd edib.

O, İran-ABŞ müharibəsinin gedişatında Azərbaycana dron hücumun baş verməsi hadisəsində də Azərbaycanın yanında olduqlarını xatırladıb.

Eyni zamanda, nazir müharibə zamanı italiyalı diplomatların Tehrandan təxliyə edilməsində göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR