Xamenei: “Sanksiyaların ləğvi üçün danışıqlar aparmağa bir dəfə cəhd etdik, amma nəticə vermədi”

Xamenei: “Sanksiyaların ləğvi üçün danışıqlar aparmağa bir dəfə cəhd etdik, amma nəticə vermədi”
# 24 noyabr 2020 18:11 (UTC +04:00)

“Sanksiyaların ləğvi barədə danışıqlar aparmağa bir dəfə cəhd etdik, amma nəticə vermədi”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ali rəhbəri ayətullah Əli Xamenei bu gün İqtisadi Şuranın iclasında çıxışında deyib.

O, sanksiyaları “acı həqiqət” adlandırıb və əlavə edib ki, sanksiyalar son üç ildə daha da sərtləşdirilib: “Sanksiyaları neytrallaşdırmağın, aradan qaldırmanın və ləğv etməyin iki yolu var. Düzdür, biz sanksiyaları bir dəfə aradan qaldırmağa çalışdıq və bir neçə il danışıqlar apardıq, lakin nəticəsiz qaldı”.

İranın ali rəhbəri çıxışında sanksiyaların ləğvi üçün yenidən danışıqların aparılmasını birbaşa istisna etməyib.

“Sanksiyaların aradan qaldırılması və neytrallaşdırılması yolu başlanğıcda çətin ola bilər, amma sonu uğurludur”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR