Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb - YENİLƏNİB-3

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb - YENİLƏNİB-3
# 14 fevral 2021 14:28 (UTC +04:00)

Şənbə günü Yaponiyada 7,3 bal gücündə baş verən zəlzələdə xəsarət alanların sayı 150 nəfərə çatıb.

APA bildirir ki, bu barədə Kiodo agentliyi məlumat yayıb.

Xəsarət alanlarla bağlı 9 vilayətdən məlumat toplanıb.

Ölənlər barədə hələ məlumat verilməyib.

Saat 09:43

Şənbə günü Yaponiyada 7,3 bal gücündə baş verən zəlzələdə xəsarət alanların sayı 124 nəfərə çatıb.

APA bildirir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Saat 04:41

Yaponiyada baş verən 7.3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfəri ötüb

APA Kyodo agentliyinə istinadən xəbər verir ki, yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

Yaponiyanın Baş naziri Yoşihide Suqa zəlzələdən sonra açıqlama verərək, yeraltı təkanların genişmiqyaslı dağıntılara və çox sayda qurbana səbəb olmadığını bildirib. O, həmçinin, Yaponiyanın nüvə obyektlərinə ziyan dəymədiyini qeyd edib.

Baş nazir yerli sakinləri yeraltı təkanlara hazır olmağa və gecə çölə çıxmamağa çağırıb.

***

13 fevral, saat 20:29

Yaponiyada baş verən zəlzələdə xəsarət alanların sayı 20-yə çatıb.

APA xəbər verir ki, bu barədə Kyodo xəbər portalı məlumat yayıb.

***

20:10

Yaponiyada 7 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Kyodo xəbər portalı məlumat yayıb.

İlkin məlumata görə, 8 nəfər xəsarət alıb.

Yaponiya Meteoroloji Agentliyi zəlzələnin miqyasını və gücünü dəqiqləşdirib. Episentri Fokusima bölgəsində qeydə alınan yeraltı təkanların maksimum səviyyəsinin 7 bal olduğu bildirilib.

Sunami təhlükəsi proqnozlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR