Əfqanıstanda "Taliban" silahlıları ilə toqquşmada 22 hərbçi həlak olub

Əfqanıstanda "Taliban" silahlıları ilə toqquşmada 22 hərbçi həlak olub
  • Clock-gray 11:56
  • calendar-gray 11 May 2020

Əfqanıstanda "Taliban" hərəkatının silahlıları ilə toqquşmada 22 hərbçi həlak olub.

APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, toqquşma Əfqanıstanın şərqindəki Laqman əyalətində baş verib.

Bu barədə Laqman Əyalət Şurasının rəsmisi Gülzar Neyazi deyib.

Onun sözlərinə görə, radikal "Taliban" hərəkatının silahlıları bazar ertəsi gecə Alişinq bölgəsində hərbi nəzarət nöqtəsinə hücum edib, hücum zamanı onlarla hərbi maşın məhv edilib, ən azı 22 hərbçi öldürülüb, 6 hərbçi isə yaralanıb.

Əyalət Şurasının təmsilçisi, həmçinin, 9 hərbçinin "Taliban" tərəfindən əsir götürüldüyünü deyib.

Əfqanıstan Müdafiə Nazirliyi isə hücum nəticəsində 6 əsgərin öldüyünü, 5 nəfərin yaralandığını bildirib. Nazirlik "Taliban" yaraqlılarının hücumunun dəf edildiyini və onların ağır itki verdiyi bəyan edib.

Zümrüd Paşkin

Digər xəbərlər