İranda qum fırtınası ilə əlaqədar 465 nəfər həkimə müraciət edib

İranda qum fırtınası ilə əlaqədar 465 nəfər həkimə müraciət edib
# 11 avqust 2019 13:49 (UTC +04:00)

İranın Sistan və Bəlucistan əyalətlərində qum fırtınası ilə əlaqədar 465 nəfər həkimə müraciət edib.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Zabol şəhərində küləyin sürəti saatda 70 kilometrə çatır, şəhər aeroportunda görmə məsafəsi 600 metrə düşüb.

Xəstəxanaya müraciət edən 465 nəfərdən 127-i xəstəxanaya yerləşdirilib, qalanlarına ambulator yardım göstərilib.

Həkimə müraciət edənlər gözlərində yaranan problemlər, nəfəs almanın çətinləşməsi və ürək ağrılarından şikayətləniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR