İranın Ali rəhbəri etirazçılara müraciət edib 

İranın Ali rəhbəri etirazçılara müraciət edib 
# 18 noyabr 2019 02:05 (UTC +04:00)

"Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir".

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, bunu İranın Ali rəhbəri Ayətullah Əli Xamneyi deyib.

Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyalara toxunan Ali lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: "Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir".

Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr dəstəkləyir.

BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib.

O qeyd edib ki, qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə, hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq.

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, ölən və yaralananların olduğu barədə xəbərlər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR