Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” tankerinin İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılma anının görüntüləri yayılıb.
APA-nın “DHA”ya istinadən verdiyi məlumata görə, İrana məxsus sürət qayıqları, və vertolyotlar tankeri dövriyə alaraq saxlamağa nail olur.
Üzləri maskalı iranlı əsgərlərin gəmiyə yan aldığını əks etdirən videonu təqdim edirik.