İraqda hərbi bazanın yaxınlığına 17 mərmi atılıb

İraqda hərbi bazanın yaxınlığına 17 mərmi atılıb
  • Clock-gray 05:19
  • calendar-gray 09 Noyabr 2019

İraqın şimalındakı hərbi bazanın yaxınlığında azı 17 mərmi partlayıb.

APA xəbər verir ki, bu barədə cümə günü "Reuters" agentliyi İraq Silahlı Qüvvələrinin açıqlamasına istinadən məlumat yayıb.

İnsident zamanı xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb. Mərmilər Amerika qoşunlarının yerləşdiyi Əl-Qayar şəhərindəki İraq bazasının yaxınlığına düşüb.

Mərmilərin atılması ilə bağlı məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date