İran nüvə razılaşmasının qorunması üçün şərtlərini açıqlayıb

İran nüvə razılaşmasının qorunması üçün şərtlərini açıqlayıb
# 18 iyul 2019 09:04 (UTC +04:00)

İranın nüvə razılaşmasını tərk etməsinə ehtiyac yoxdur, ancaq onun icra səviyyəsi tərəfdaşların rəftarından asılı olaraq dəyişir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

“Bizim İranın nüvə proqramı üzrə birgə hərəkət planını tərk etməmizə lüzum yoxdur. Digər tərəflərin buna necə riayət etməsindən asılı olaraq biz özümüz onun icra dərəcəsini azalda və ya artıra bilərik”, - deyə iranlı nazir qeyd edib.

Nazir, həmçinin bildirib ki, avropalılar nüvə razılaşmasının qorunması üçün İranın sərbəst ticarət aparmasına imkan yaratmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR