Myanmada yol qəzasında 13 nəfər ölüb

Myanmada yol qəzasında 13 nəfər ölüb
# 06 noyabr 2019 11:06 (UTC +04:00)

Myanmada (Birma) ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Mandalay regionunda qeydə alınıb.

Hərəkətdə olan avtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Toqquşmadan yayınan digər avtobus isə ağaca çırpılıb.

Nəticədə 13 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR