Putin və Netanyahu arasında telefon danışığı baş tutub

Putin və Netanyahu arasında telefon danışığı baş tutub
# 08 iyul 2019 18:14 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib, o cümlədən söhbətin əsas müzakirə mövzusu Suriyada hərbi əməkdaşlıq olub.

B. Netanyahu Rusiya prezidentinə Barens dənizində sualtı qayıqda 14 rusiyalı dənizçinin ölümü ilə bağlı başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR