Ərdoğan: “S-400 apreldə işlək vəziyyətə gətiriləcək”

Ərdoğan: “S-400 apreldə işlək vəziyyətə gətiriləcək”
# 06 mart 2020 16:55 (UTC +04:00)

“Suriyada atəşkəs ciddi nəzarətimizdə olacaq. Məqsədimiz Suriyada münaqişələrə son qoymaqdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Rusiyadan qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Rusiya ilə birlikdə Liviya məsələsində də atəşkəsə nail olacağımıza ümid edirəm”, - deyə Ərdoğan bildirib.

O, Rusiya ilə Türkiyənin əməkdaşlığının daha da inkişaf edəcəyini, Rusiya Prezidenti Vladimir Putini bu il Türkiyədə keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına dəvət etdiyini də vurğulayıb.

Türkiyə Prezidenti Rusiyadan alınan S-400 zenit-raket kompleksinin aprel ayında işlək vəziyyətə gətiriləcəyini, habelə razılıq əldə olunacağı təqdirdə ABŞ–dan “Patriot”ların alına biləcəyini qeyd edib.

Ərdoğan bildirib ki, ABŞ Türkiyəyə sözdə deyil, əməldə dəstək olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR