Ərdoğan: “Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur”

Ərdoğan: “Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur”
  • Clock-gray 15:40
  • calendar-gray 15 Fevral 2021

“Şəhidlərimizin qanı yerdə qalmayıb, son hərəkat zamanı 53 terrorçu zərərsizləşdirilib”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ordumuzun zaman və məkan sərhədi tanımadan ölkəmizin ehtiyac duyduğu, millətimizin təhlükəsizliyi üçün vacib olan hər hərəkatı öz imkanları ilə reallaşdıracaq səviyyəyə çatması ilə qürur duyuruq. Hər ötən il daha da inkişaf edən təchizatı, texnologiyası və insan gücü ilə Türk Ordusunun qarşısında dura biləcək terror qruplaşması yoxdur. Son hərəkatda bu həqiqəti gördük”, - deyə Ərdoğan vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər