Afrin şəhəri PYD/YPG terrorçularından təmizlənib - YENİLƏNİB - FOTOSESSİYA

Afrin şəhəri PYD/YPG terrorçularından təmizlənib - YENİLƏNİB - FOTOSESSİYA
  • Clock-gray 07:43
  • calendar-gray 18 Mart 2018

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrin şəhəri nəzarətə götürülüb.

 

APA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Türkiyə ordusunun dəstəyi ilə Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb. 

 

Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub. "Doğan" agentliyi artıq şəhərin tam nəzarət altına aldındığı barədə məlumat yayıb. "İhlas" agentliyi isə şəhərin bir məhəlləsinin nəzarətə götürlüdyü barədə məlumat yayıb.

 

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. 

 

***

 

saat 09.50

 

Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində son mərhələ başlayıb.

 

APA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumatına görə, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb.  

 

Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub.

 

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsini PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.  

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date