BƏƏ-də ağır yol qəzasında 3 nəfər ölüb, 44-ü yaralanıb

BƏƏ-də ağır yol qəzasında 3 nəfər ölüb, 44-ü yaralanıb
# 31 iyul 2018 00:01 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ağır yol qəzası qeydə alınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, fəhlələri daşıyan avtobus qarşısında hərəkət edən minik avtomobili ilə toqquşub. Minik maşını, öz növbəsində, qarşısındakı mikroavtobusa çırpılıb.

Qəza zamanı avtobus bir neçə dəfə çevrilərək metal çəpərə çırpılıb. Nəticədə 3 nəfər ölüb, 44 nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya avtobusun yüksək sürətlə hərəkət etməsi və idarəetmənin itirilməsi səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR