İranda göbələkdən zəhərlənən 8 nəfər ölüb, 47 nəfər ağır vəziyyətdədir

İranda göbələkdən zəhərlənən 8 nəfər ölüb, 47 nəfər ağır vəziyyətdədir
# 18 may 2018 15:52 (UTC +04:00)

İranda zəhərli göbələk yeyən 8 nəfər ölüb, 700 nəfər isə xəstəxanaya yerləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəhərlənmiş şəxslərdən 47 nəfərinin vəziyyəti çox ağırdır, 496 nəfəri isə xəstəxanada ilkin tibbi yardımdan sonra evə buraxılıb.


İranın Təcili Tibbi Yardım Xidmətindən bildirilib ki, təbii göbələklərdən zəhərlənmə daha çox Kirmanşah, Lorestan, Kürdistan, Qərbi Azərbaycan və Zəncan əyalətlərində baş verib. Ölənlərdən 7 nəfəri Kirmanşah əyalətindəndir. Zəhərlənənlərin əksəriyyəti bu əyalətinin sakinləridir. Xidmət əhaliyə müraciət edərək onları təbiətdə mövcud olan şübhəli göbələklərdən istifadə etməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR