İraq xarici ölkələri İŞİD-lə əlaqəli olan uşaqlara sahib durmağa çağırıb

İraq xarici ölkələri İŞİD-lə əlaqəli olan uşaqlara sahib durmağa çağırıb
  • Clock-gray 10:57
  • calendar-gray 04 İyul 2018

İraq Xarici İşlər Nazirliyi dünya ölkələrini İŞİD-lə əlaqələrinin olduğu iddia edilən uşaqlara sahib durmağa çağırıb.

 

APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərinə görə, bunu İraq XİN sözçüsü Ahmed Mahcub deyib.

 

O, Azərbaycan, Rusiya, Almaniya və digər ölkələrin nümayəndələri ilə barəsində hökm çıxarılmamış və cəza müddəti bitmiş uşaqların ölkələrinə geri qaytarılması istiqamətində birgə işlər gördüklərini deyib.

 

“Hazırda geri qaytarılma ilə bağlı hər hansı işi gerçəkləşdirmirik, ancaq əlaqəli ölkələrlə iş birliyinə davam edirik. O ki qaldı həbsxanalarda terrora görə məhkum edilən şəxslərə, onları öz ölkələri ilə dəyişdirmirik, çünki dünyanın bir çox ölkəsi ilə razılaşmamız yoxdur”, - deyə İraq XİN sözçüsü deyib.

 

Qeyd edək ki, hazırda İraqda 14 fərqli millətdən 833 uşağın nəzarətdə saxlanıldığı deyilir.

Fərizə Əhmədova

Digər xəbərlər

Arxiv

date