İsrail “HƏMAS”-ı raket zərbələri endirməkdə ittiham edib

İsrail “HƏMAS”-ı raket zərbələri endirməkdə ittiham edib
# 27 iyun 2018 05:28 (UTC +04:00)

İsrail ordusu “HƏMAS” hərəkatını Qəzza zolağından ölkənin cənub rayonlarına raket zərbələri endirməkdə ittiham edərək, sərt cavab addımları ilə hədələyib.

APA-nın xəbərinə görə, İsrail ordusunun mətbuat xidmətinin məlumatına əsasən, fələstinlilər gecə saatlarında 12 reaktiv raket atıblar. İsrail hərbçiləri 3 raketi vurmağa müvəffəq olub.

Bundan əvvəl İsrail aviasiyası fələstinlilərin Qəzza zolağındakı müşahidə postlarına zərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR