Akar: “Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib”

Akar: “Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib”
# 07 may 2022 11:35 (UTC +04:00)

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı nəticəsində indiyədək 73 terrorçu zərərsizləşdirilib.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

H. Akar qeyd edib ki, terrorçulara məxsus 102 mağara, sığınacaq, 524 əldəqayırma partlayıcı məhv edilib.

Bundan əlavə, antiterror əməliyyatı zamanı 10 türk əsgəri şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR