Bəşər Əsəd İran Ali Lideri və Prezidenti ilə görüşüb - YENİLƏNİB

Suriya Prezidenti Bəşər Əsəd İranın Ali Lideri Seyid Əli Xamenei ilə görüşdə

© APA | Suriya Prezidenti Bəşər Əsəd İranın Ali Lideri Seyid Əli Xamenei ilə görüşdə

# 08 may 2022 17:22 (UTC +04:00)

İran Prezidenti İbrahim Rəisi Tehranda səfərdə olan suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə İran və Suriya arasında iqtisadi-ticari əlaqələr müzakirə olunub.

İbrahim Rəisi görüşdə İranın Suriya ilə iqtisadi-ticari əlaqələri genişləndirməkdə maraqlı olduğunu söyləyib.

***

saat 16.34

Suriya Prezidenti Bəşər Əsəd İrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Ali Lideri Seyid Əli Xamenei Suriya Prezidentini qəbul edib.

Görüşdə İran-Suriya münasibətləri, əməkdaşlıq məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR