Borell: “İranla müzakirələrə yenidən başlamağa qərar vermişik” - YENİLƏNİB

Borell: “İranla müzakirələrə yenidən başlamağa qərar vermişik” - YENİLƏNİB
# 25 iyun 2022 17:23 (UTC +04:00)

“Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı müzakirələri yenidən başlayacağıq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehranda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Tehrana səfərinin bir əsas məqsədi var: "O da budur ki, müzakirələrin dalana dirənməsinin qarşısını alaq. Gərginlikləri aradan qaldıraq və danışıqları davam etdirək".

O qeyd edib ki, yaxın günlərdə müzakirələrin yenidən başlanmasına qərar verilib: “Artıq 3 ay keçib, işləri sürətləndirməliyik".

Keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinin müzakirələri yenidən başlamağa hazır olduğunu deyib.

"Cənab Borellə müsbət və hərtərəfli, İranın istəkləri haqqında geniş və dəqiq söhbətimiz oldu. Cənab Borellə yaxın günlərdə müzakirələri başlamağa hazır olduğumuzu bildirdik."

İran XİN başçısı qeyd edib ki, yeni dövr müzakirələrdə problemlər və ixtilafları aradan qaldırmağa çalışacaqlar.

Süleyman Fərzəliyev

***

11:47

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

APA "Mehr News"a istinadən xəbər verir ki, görüş Borrellin Tehrana səfəri çərçivəsində baş tutub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Borrelin səfəri İran və Avropa İttifaqı arasında davam edən məsləhətləşmələr, ikitərəfli, beynəlxalq məsələlər, həmçinin anti-İran sanksiyalarının aradan qaldırılması ilə bağlı Vyana danışıqlarının son vəziyyəti çərçivəsində baş verir.

Əmir-Abdullahian və Borrellin görüşünün təfərrüatları hələlik açıqlanmayıb.

Avropa İttifaqının Ali Nümayəndəsinin bu səfər çərçivəsində İranın digəri yüksək səviyyəli rəsmiləri ilə də görüşü planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR