Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb

Çavuşoğlu özbəkistanlı həmkarı ilə telefonla danışıb
# 04 iyul 2022 20:38 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə özbəkistanlı həmkarı Vladimir Norov arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Çavuşoğlu həmkarı ilə Özbəkistanın Qaraqalpaq Muxtar Respublikasında baş verənləri müzakirə edib.

Türkiyəli nazir ölkəsinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin başçılığı ilə hökumət və xalqın hadisələri sağlam düşüncə, sülh şəraitində həll edəcəyinə tam inandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR