Çində barda 166 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb

Çində barda 166 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb
# 13 iyun 2022 09:39 (UTC +04:00)

Çin hakimiyyəti uzun müddətdən sonra ölkədə koronavirusun geniş yayıldığı ərazi tapıb.

APA “İzevstiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pekin hökumətinin rəsmi nümayəndəsi Xu Hejian məlumat verib.

"Çaoyang rayonundakı “Cənnət Barı”nda yaranan koronavirus epidemiyası əhatə dairəsi və konsentrasiyası baxımından şiddətlidir və buna nəzarət etmək və qarşısını almaq çətindir”, - deyə Hejian bildirib.

Barda 166 nəfərin yoluxduğu qeyd edilir.

Onlardan 145-i ziyarətçi, 2-si əməkdaş, daha 19-u isə əlaqələndirici şəxsdir. Çaoyangdan infeksiya Pekinin daha 14 rayonuna yayılıb.

Şəhər administrasiyası iyunun 13-dən 15-dək Chaoyang rayonunun sakinləri üçün PCR testinin üç əlavə mərhələsini təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, koronovirus məhdudiyyətlərinə görə Çin hazırda ən sərt tədbirlərə əl atır.

Aprelin sonunda Çinin paytaxtı Pekinin hakimiyyəti COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlverişsiz epidemioloji vəziyyətə görə bütün məktəbləri bağlamaq qərarına gəlib.

Aprelin 3-də Çinin şərqindəki Suçjou şəhərində tapılan virus koronavirusun “Omicron” ştammının yeni alt variant sayılan BA.1.1 kimi müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR