Çində elektromobil satışı artıb

Çində elektromobil satışı artıb
# 13 yanvar 2022 01:30 (UTC +04:00)

Çin hökuməti 2035-ci ilədək avtomobil parkını əsaslı şəkildə yeniləmək istəyir.

APA-nın xəbərinə görə, dünyanın ən böyük avtomobil bazarı olan ölkədə təmiz texnikaya maraq durmadan artır.

Burada elektromobil, hibrid avtomobil və hidrogen mühərrikli avtomobillər nəzərdə tutulur. 2021-ci ildə bu tip nəqliyyat vasitələrinin satışı 169% artıb. Çin Avtomobil İstehsalçıları Federasiyasının fikrincə, bu il ölkədə 5.5 milyon ədəd ekoloji təmiz avtomobil satılacaq. Bununla da avtomobil parkının 25%-ni ekoloji təhlükəsiz maşınlar təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR