Çinə uçan İran təyyarəsində nasazlıq yaranıb

Çinə uçan İran təyyarəsində nasazlıq yaranıb
# 25 iyul 2022 22:55 (UTC +04:00)

Tehran-Quançjou marşrutu üzrə uçan "MahanAir" aviaşirkətinə məxsus yük təyyarəsində texniki nasazlıq yaranıb.

APA-nın Tehran bürosunun məlumatına görə, 0093 saylı Tehran-Quançjou reysi ilə uçan təyyarə geri qayıdaraq Tehranın İmam Xomeyni aeroportuna təhlükəsiz eniş edib.

Texniki nasazlıq təyyarə havaya qalxdıqdan 30 dəqiqə sonra, ölkənin hava məkanını tərk etmədən ortaya çıxıb və komandir geri qayıtmaq haqqqında qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR