Əfqanıstanda avtobus partladılıb, 7 nəfər ölüb

Əfqanıstanda avtobus partladılıb, 7 nəfər ölüb
# 06 dekabr 2022 10:38 (UTC +04:00)

Əfqanıstanın Məzari-Şərif şəhərində avtobusun keçidi sırasında yol kənarında bombanın partlaması zamanı 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Bəlx vilayətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Məhəmməd Asif Vəziri deyib.

O, partladılan avtobusda Hayraton şəhərində çalışan gömrük əməkdaşlarının olduğunu deyib.

Partlayışla bağlı heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR