Əfqanıstanda güclü zəlzələ olub

Əfqanıstanda güclü zəlzələ olub
# 18 iyul 2022 18:40 (UTC +04:00)

Əfqanıstanda güclü zəlzələ olub.

APA "Bakhtar" xəbər agentliyinə istinadən xəbər verir ki, zəlzələ Paktika əyalətinin Qayan rayonunda qeydə alınıb.

ABŞ Geoloji Araşdırmalar İnstitutunun məlumatına görə, 10 km dərinlikdə qeydə alınan zəlzələnin gücü 5.1 baldır.

Şahidlər dağıntıların və ölüm hallarının olduğu bildirsə də, hələ ki təbii fəlakətin nəticələri ilə bağlı dəqiq məlumat verilmir.

Xatırladaq ki, təxminən bir ay əvvəl Paktika vilayətinin Qayan, Burmal və Spera rayonlarında baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR