Hindistanda hərbi təyyarə qəzaya uğrayıb, bütün heyət həlak olub

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb, bütün heyət həlak olub
  • Clock-gray 13:28
  • calendar-gray 13 İyun 2019

Arunaçal Pradeş ştatının şimal şərqində qəzaya uğrayan Hindistan hava qüvvələrinə məxsus An-32 hərbi təyyarəsinin bütün heyəti həlak olub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib.

“Səkkiz nəfərdən ibarət axtarış qrupu bu gün səhər An-32 təyyarəsinin qəzaya uğradığı yerə çatıb. Biz çox təəssüflə bildiririk ki, təyyarə qəzasından kimsə sağ qurtulmayıb”, - deyə sözçü bildirib.

Təyyarənin qalıqları Lipo kəndindən 16 metr şimalda, dağın yamacında tapılıb.

Qeyd edək ki, göyərtəsində 13 nəfər olan An-32 hərbi təyyarəsi iyunun 3-də Assam ştatının şimal-şərqində olarkən radarlardan itib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date