Hindistanda hərbi təyyarələr qəzaya uğrayıb, ölən və yaralananlar var - YENİLƏNİB

Qəza

© APA | Qəza

# 28 yanvar 2023 11:23 (UTC +04:00)

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Su-30” və “Mirage 2000” qırıcı təyyarələrinin qəzaya uğraması nəticəsində 1 pilot ölüb, 2 nəfər isə yaralanıb.

APA xəbər verir ki, bu barədə IndiaToday məlumat yayıb.

Xatırladaq ki, hadisə Madhya Pradeş ştatında baş verib.

***

10:41

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus iki təyyarə Madhya Pradeş ştatında qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli NDTV telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, “Su-30” və “Mirage 2000” qırıcıları təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qeyd edək ki, hər iki qırıcı Qvalior hərbi hava bazasından havaya qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR