İraq XİN Ərbildə türkiyəli diplomatın öldürülməsini pisləyib

İraq XİN Ərbildə türkiyəli diplomatın öldürülməsini pisləyib
  • Clock-gray 17:28
  • calendar-gray 18 İyul 2019

İraq Xarici İşlər Nazirliyi (XİN) Ərbildə türkiyəli diplomatın öldürülməsini pisləyib. 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Nazirliyin yaydığı açıqlamada bildirilib ki, türkiyəli diplomatın öldürülməsi rəsmi Bağdad və Ankara arasında mövcud olan tarixi və strateji münasibətlərə təsir göstərməyəcək.

“Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşının ölümünə səbəb olan silahlı hücumu şiddətlə qınayırıq”, - İraq XİN-in məlumatında qeyd olunub.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date