İran-İraq sərhədi yenidən açılıb

İran-İraq sərhədi yenidən açılıb
# 30 avqust 2022 16:54 (UTC +04:00)

İran və İraq sərhədləri yenidən açılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gün İraqda baş verən hadisələrin fonunda İranın İraqla Çəzabə, Mehran və Şələmçə sərhəd-keçid məntəqələri bağlanmışdı.

İranın Kirmanşah valisi və hüquq-mühafizə orqanlarının rəsmilərinin açıqlamasına görə, İraqda baş verən iğtişaşlar səbəbindən dünən axşamdan etibarən bağlanan Xosrəvi və Şələmçe sərhəd-keçid məntəqələri yenidən açılıb.

Həmçinin bildirilir ki, İraqda vəziyyət normallaşdıqdan sonra Mehran və Çazaba sərhəd məntəqələri də ziyarətçilərin üzünə açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR