İran İraqla sərhədlərini bağlayıb

İran İraqla sərhədlərini bağlayıb
# 09 sentyabr 2022 13:05 (UTC +04:00)

İran İraqla bütün sərhədlərini bağlayıb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə Ərbəin Qərargahı məlumat yazıb.

Məlumata görə, sərhədlərin bağlanmasına İmam Hüseynin (ə) Ərbəin (40 mərasimi) yürüşündə iştirak edən zəvvarların həddən artıq çoxluğu, isti hava şəraiti və İraqda zəvvarlara xidmət üçün qeyri-kafi imkanlar səbəb kimi göstərilib.

İran-İraq sərhədlərinin növbəti xəbərdarlığa qədər bağlı olacağı bildirilib.

Bütün sərnişin daşıma şirkətlərinə xəbərdarlıq olunub ki, sərnişinləri sərhədlərə daşımağı dayandırsınlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR